Bakının Nəsimi rayonunda yol qəzası baş verib.
APA xəbər verir ki, qəza 20 Yanvar dairəsində qeydə alınıb.
“BMW” markalı minik avtomobili dairədə hərəkətdə olan “Toyota” markalı maşınla toqquşub. Nəticədə “Toyota”da olan sərnişin və sürücü xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Avtomobillər deformasiyaya uğradığından cərimə meydançasına aparılıb.
Hadisə yerinə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Hadisəyə hüquqi qiymət avtotexniki ekspertizadan sonra veriləcək.