Bakıda 24 yaşlı oğlan tanışı tərəfindən bıçaqlanıb

Bakıda 24 yaşlı oğlan tanışı tərəfindən bıçaqlanıb
# 20 may 2023 10:23 (UTC +04:00)

Bakıda bıçaqlanma olub.

APA xəbər verir ki, Nəsimi rayon ərazisində Əliyev Emin Bəxtiyar oğlu aralarında şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı küçədə tanışı 1999-cu il təvəllüdlü Hüseynov Rəcəb Tofiq oğlunu bıçaqlayıb.

Faktla bağlı Nəsimi RPİ-in İstintaq şöbəsində CM-in 126.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR