Bakıda 49 avtobusun hərəkət intervalında gecikmələr var

Bakıda 49 avtobusun hərəkət intervalında gecikmələr var
# 15 iyul 2022 09:15 (UTC +04:00)

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 28 müntəzəm marşrut xətti üzrə 49 avtobusun hərəkət intervalında gecikmələr var.

Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Gecikən avtobuslarının siyahısı aşağıdakılardır:


1. Moskva prospekti-20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-15 dəqiqə gecikmə müşahidə olunur.

2. Binəqədi şossesi–Binəqədi istiqamətində 71, 79, 108B, 133, 165, 179 və 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 7-12 dəqiqə gecikmə müşahidə olunur.

3. Bakı-Sumqayıt şossesi-Bakı Beynəlxalq Avtovağzal Kompleksi-Moskva prospekti-20 Yanvar dairəsi istiqamətdə 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13-18 dəqiqə gecikmə müşahidə olunur.

4. Zabrat Şossesi-Zabrat dairəsi istiqamətində-bu səbəbdən də həmin ərazidən keçən 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslar 9-14 dəqiqə intervalla hərəkət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR