Bakıda avtobus yanıb

Bakıda avtobus yanıb
# 21 iyul 2022 13:43 (UTC +04:00)

Bu gün saat 12:00 radələrində Salyan şosessinin Bibiheybət məscidinin qarşısından keçən hissəsində "BMH" MMC-nin istismarında olan 120 nömrəli müntəzəm marşrut xətti üzrə 01 BS 785 DQN-li avtobusun mühərriki yanıb.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən xəbərə görə, yanğın avtobus yaranmış texniki nasazlıqla əlaqədar xətdən kənarlaşdırılaraq qaraja yollanan zaman baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Lakin avtobus yararsız hala düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR