Bakıda avtomobil 69 yaşlı qadını vuraraq öldürüb

Bakıda avtomobil 69 yaşlı qadını vuraraq öldürüb
# 21 noyabr 2022 13:34 (UTC +04:00)

Paytaxtın Suraxanı rayonu Südçülük sovxozu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən APA-ya verilən məlumata görə, bu gün saat 12 radələrində Bakı şəhər sakini Günel Tağıyeva idarə etdiyi "Şevrolet" markalı avtomobillə 1953-cü il təvəllüdlü Xalidə Məmmədovanı vurub. Xəsarət alan şəxs hadisə yerində ölüb.

Sürücü saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR