Bakıda avtomobil ağacları və işıq dirəyini aşırıb - FOTO

Bakıda avtomobil ağacları və işıq dirəyini aşırıb - FOTO
# 15 yanvar 2023 01:15 (UTC +04:00)

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Atatürk prospektində qeydə alınıb. “BMW” markalı avtomobilin sürücüsü idarəetməni itirərək qəza törədib. Avtomobil yol kənarındakı ağacları və işıq dirəyini yerindən qoparıb.

Yol infrastrukturuna ziyan dəyib. Əraziyə DYP əməkdaşları cəlb edilib. Hadisənin təfərrüatı araşdırılır.

Elşən Yəhyayev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR