Bakıda avtomobil su maşınına çırpılıb, iki nəfər ölüb - VİDEO - YENİLƏNİB

Bakıda avtomobil su maşınına çırpılıb, iki nəfər ölüb - VİDEO  - YENİLƏNİB
# 19 sentyabr 2022 13:06 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda 2 nəfərin öldüyü yol qəzası barədə məlumat yayıb.

FHN-dən APA-ya verilən xəbərə görə, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Toyota” markalı minik avtomobili ilə "КамАЗ" markalı yük avtomobili toqquşub, minik avtomobilində 2 nəfər sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində zədələnmiş avtomobildən 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.​

***

12.42

Bakıda avtomobil su maşınına çırpılıb.

APA xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında qeydə alınıb.

“Toyota Prius" markalı avtomobil böyük tutumlu su maşınına çarpılıb. Nəticədə minik avtomobilinin sürücüsü Anar Nəbiyev və sərnişini Mahirə Məmmədova hadisə yerində ölüb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya faktı təsdiqləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR