Bakıda avtomobildən bahalı qol saatları oğurlanıb

Bakıda avtomobildən bahalı qol saatları oğurlanıb
# 17 avqust 2019 07:49 (UTC +04:00)

Bakıda avtomobildən ümumi dəyəri 100 min manatdan çox olan bahalı qol saatları oğurlanıb.

APA xəbər verir ki, hadisə Nəsimi rayonunda baş verib.

Mirzə İbrahimov küçəsində yaşayan Anar Əliyev idarə etdiyi "Niva" markalı avtomobili yaşadığı binanın qarşısında saxlayıb. Ona məxsus avtomobildən hər birinin dəyəri 9 min manat olan 12 qol saatı oğurlanıb.

Hadisəni törədən şəxslər Nəsimi RPİ tərəfindən axtarılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR