Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, aprelin 2-də saat 10 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini N.Qəniyeva idarə etdiyi “Hyundai” markalı avtomobili işıq dirəyinə vurub. Nəticədə sərnişinlərindən Aysel Cəfərova hadisə yerində ölüb, digər 3 sərnişininə isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxıləblar.
Nizami RPİ-də araşdırma aparılır.