Bakıda axtarışda olan 33 yaşlı qadın saxlanılıb

Bakıda axtarışda olan 33 yaşlı qadın saxlanılıb
# 20 iyul 2019 23:27 (UTC +04:00)

Nəsimi rayonunda cinayət məcəlləsinin 178-ci maddəsi ilə axtarışda olan şəxs saxlanılıb.

Bu barədə məlumat APA-ya Nəsimi Rayon Polis İdarəsindən verilib.

Belə ki, cinayət məcəlləsinin 178-ci maddəsi ilə axtarışda olan 33 yaşlı Haqverdiyeva Ülkər Mübariz qızı rayon ərazisində polislər tərəfindən saxlanılıb.

Faktla bağlı istintaq araşdırmaları aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR