Bakıda azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan məhkum sayı açıqlanıb

Namiq İsmayılov

© APA | Namiq İsmayılov

# 21 iyun 2022 12:22 (UTC +04:00)

Bakı şəhəri üzrə 2812 nəfər azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan məhkum cəza çəkir.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı şəhər Probasiya İdarəsinin rəisi vəzifəsini icra edən, Baş ədliyyə müşaviri Namiq İsmayılov deyib.

O bildirib ki, həmin şəxslərdən 1233 nəfər azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilərək elektron qolbaq vasitəsilə nəzarətdə saxlanılır.

"Bundan əlavə, müvafiq qərarlara əsasən, 139 nəfər təqsirləndirilən şəxs cərimə cəzasına məhkum edilib. 27 nəfər islah işlərinə cəlb edilib, 205 nəfər isə cəzadan şərti olaraq vaxtından azad edilib" - deyə Namiq İsmayılov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR