Bakıda depodan 9 150 manat dəyərində oğurluq olub

Bakıda depodan 9 150 manat dəyərində oğurluq olub
# 01 yanvar 2022 11:51 (UTC +04:00)

Bakıda depodan 5000 manat dəyərində dəmir profillər və 4150 manat dəyərində dəmir dirəklər və naqil oğurlanıb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində şirkətlərdən birinin deposundan 5000 manat dəyərində dəmir profillər və 4150 manat dəyərində dəmir dirəklər və naqil oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar E.İbrahimov, İ.Osmanov və E.Mehdiyev müəyyən edilərək saxlanılmışlar.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR