Bakıda ev yanıb, sakinlər təxliyə edilib

Bakıda ev yanıb, sakinlər təxliyə edilib
# 03 dekabr 2022 08:45 (UTC +04:00)

Bakı şəhərinin Nizami rayonunda ev yanıb.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 110 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının tavanı və dam örtüyünün yanar konstruksiyaları 18 m² sahədə, bitişik ümumi sahəsi 45 m² olan birmərtəbəli evin 1 ədəd pəncərə çərçivəsi yanıb.

Nazirliyin yaydığı məlumata əsasən yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş evdən 2 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR