Bakıda evdən 13 min dollar oğurlayan şəxs tutulub

Bakıda evdən 13 min dollar oğurlayan şəxs tutulub
# 18 oktyabr 2019 12:30 (UTC +04:00)

Bakıda oğurluq edən şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 5-də rayon ərazisindəki evlərin birindən 13.000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Nəsirov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR