Bakıda evdən 15 min manatlıq qızıl oğurlanıb

Bakıda evdən 15 min manatlıq qızıl oğurlanıb
# 12 sentyabr 2019 11:29 (UTC +04:00)

Bakıda oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyininn (DİN) mətbuat xidmətindən APA-ya bildirilib ki, oğurluq etdiyinə görə tutulmuş M.Bayramovun ətrafında Sabunçu RPİ 12-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun iyulun 23-də rayon ərazisindəki evlərin birindən 15000 manat dəyərində qızıl-zinət əşyaları, evin qarşısındakı “BMW” markalı avtomobildən isə 700 manat pul oğurladığı da müəyyən edilib.

Faktlarla bağlı cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR