Bakıda evdən 62 min dollar oğurlayanlardan biri azadlığa buraxılıb

Bakıda evdən 62 min dollar oğurlayanlardan biri azadlığa buraxılıb
# 22 may 2023 14:21 (UTC +04:00)

Oğurluqda ittiham olunan Sultan Camal və Ramiz Əliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Ramiz Əliyevə 3 il, Sultan Camala 1 il azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Sultan Camala təyin olunmuş 1 il həbs müddəti başa çatdığı üçün o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, hadisə ötən ilin may ayında qeydə alınıb.

Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir ki, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə Məhəmməd Hadi küçəsindəki mənzillərin birindən seyfdən 62 000 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Babək rayon sakini, əvvəllər məhkum olunmuş Ramiz Əliyev və Bakı şəhər sakini Camal Sultan müəyyən edilərək saxlanılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR