Bakıda evdən 91 yaşlı kişi meyiti tapılıb

Bakıda evdən 91 yaşlı kişi meyiti tapılıb
# 30 may 2022 14:54 (UTC +04:00)

Yasamal rayonunda evdən ahıl kişi meyiti aşarlanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1931-ci il təvəllüdlü Əliyev Yusif Məmməd oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR