Bakıda evlərdən 27 min manatlıq oğurluq olub

Bakıda evlərdən 27 min manatlıq oğurluq olub
# 25 may 2022 12:09 (UTC +04:00)

Bakıda evlərdən oğurluq edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Müşfiqabad qəsəbəsindəki evlərin birindən 5500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Arif Nadirov və Sitarə Məmmədova müəyyən edilərək saxlanılıblar.

Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Maştağa qəsəbəsindəki evlərin birindən 3500 manat dəyərində qapı, məişət əşyaları, elektrik naqilləri, 2 ədəd pəncərə və dəmir barmaqlıq oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ələkbər Ələkbərov saxlanılıb.

Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində İ.İsmayılov küçəsindəki evlərin birindən 7.000 manat, 300 ABŞ dolları, 1000 manat dəyərində qızıl-zinət əşyaları və televizor oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini Əbülfəz Almuradov müəyyən edilərək saxlanılıb.
Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində İ.İsmayılov küçəsindəki evlərin birindən 150 manat pul və 9.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şəfa İsmayılov saxlanılıb.

Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində İ.İsmayılov küçəsindəki evlərin birindən 150 manat pul və 9.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şəfa İsmayılov saxlanılmışdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR