Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO

Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO
# 21 may 2023 22:06 (UTC +04:00)

Bakının Nəsimi rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, yol qəzası Hüseyin Seyidzadə küçəsində baş verib.

Belə ki, “Hyundai” markalı avtomobilinin sürücüsü idarəetməni itirirərək işıqforun qırmızı işığında dayanan “Chevrolet” markalı maşına çırpılıb.

Qəza nəticəsində “Hyundai”da olan bir nəfər xəsarət alıb.

Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub.

“Hyundai”ın sürücüsü izahatında bildirib ki, onun diqqəti mobil telefonda olduğu üçün qarşısındakı nəqliyyat vasitəsini görməyib.

Qəza da buna görə baş verib. Hər iki maşına ciddi ziyan dəyib. Avtomobillər cərimə meydançasına yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR