Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO
# 24 may 2023 04:47 (UTC +04:00)

Bakının Nəsimi rayonunda yol qəzası baş verib və iki nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Svetlana Məmmədova küçəsində baş verib.

Belə ki, “Hyundai” markalı maşının sürücüsü kəsişmədə idarəetməni itirərək qarşıdan gələn “Honda” markalı maşına çırpılıb.

Qəza nəticəsində “Hyundai”da olan sərnişin və sürücü xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Hər iki maşına ciddi ziyan dəyib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR