Bakıda iki nəfəri avtomobil vurub

Bakıda iki nəfəri avtomobil vurub
# 28 yanvar 2022 02:12 (UTC +04:00)

Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı iki nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, qəza Ramana qəsəbəsi, Şuşa şəhərciyi ərazisində baş verib.
Belə ki, 1977-ci il təvəllüdlü Hüseynov Azər Məhəmmədəli oğlu və qonşusu, 1980-ci il təvəllüdlü Süleymanov Şəhrud Şahinoğlu yolu keçərkən onları “Mercedes” markalı avtomobil vurub.

Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR