Bakıda “Jeep” yük avtomobilinə çırpılıb - FOTO

Bakıda “Jeep” yük avtomobilinə çırpılıb - FOTO
# 24 noyabr 2022 23:51 (UTC +04:00)

Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Bakı Beynəlxalq Avtovağzalının arxa yolunda qeydə alınıb.

Belə ki, “Jeep” markalı avtomobilin sürücüsü “KamAZ” markalı yük maşınını sağdan ötmək istəyərkən qəza törədib.

Hadisə nəticəsində xəsarət alan olmasa da minik avtomobili deformasiyaya uğrayıb.

Əraziyə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR