Bakıda kafe və mağaza yanıb - YENİLƏNİB

Bakıda kafe və mağaza yanıb - YENİLƏNİB
# 10 yanvar 2022 15:45 (UTC +04:00)

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 100 m² olan kafe kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin yanar konstruksiyaları 60 m² sahədə və bitişik ümumi sahəsi 12 m² olan telefon satışı mağazasının yanar konstruksiyaları yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, yüksək temperaturdan tikilinin lambirindən ibarət tavanı 40 m² sahədə əriyib. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

***

15.20

Bakıda kafedə yanğın olub.

APA-nın məlumatına görə, hadisə Sabunçu rayonunun Savalan yaşayış massivinda qeydə alınıb.

Həmin ərazidə yerləşən "Qaçağan" kafesində baş verən yanğın zamanı kafenin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən alovun qarşısı alınıb və yanğın söndürülüb.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR