Bakıda mağazada yanğın söndürülüb - VİDEO - YENİLƏNİB-1

Bakıda mağazada yanğın söndürülüb - VİDEO  - YENİLƏNİB-1
# 07 may 2023 19:46 (UTC +04:00)

Xəbər verildiyi kimi, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən mağazada baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən operativ şəkildə söndürülüb.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, yanğın nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsi 26 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 150 kv.m olan geyim mağazasının zirzəmi hissəsində 30 kv.m sahədə geyim əşyaları və lambirdən ibarət tavan 60 kv.m sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

***

saat 18.54

Məlumat verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən mağazada yanğın olması barədə məlumat daxil olub.

APA-nın xəbərinə görə, dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Görülmüş operativ və çevik müdaxilə nəticəsində yanğınsöndürənlər tərəfindən yanğın genişlənməsinin qarşısı alınmaqla söndürülüb.

***

saat 18.26

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsində yerləşən mağazada yanğın olması barədə ilkin məlumat daxil olub.

APA-nın xəbərinə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam edir.

Əlavə məlumat veriləcək.

© APA | Bakıda mağazada yanğın

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR