Bakıda mağazadan 20 min manatlıq oğurluq olub

Bakıda mağazadan 20 min manatlıq oğurluq olub
# 22 avqust 2019 12:20 (UTC +04:00)

Bakıda mağazadan oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 20-də rayon ərazisindəki mağazaların birindən 20 000 manat dəyərində 150 ədəd avtomobil təkəri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri A.Rəhimov, X.Sadıqov və Ağstafa rayon sakini M.Əliyev saxlanılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR