Bakıda manevr qaydalarını pozan sürücü qəza törədib - FOTO

Bakıda manevr qaydalarını pozan sürücü qəza törədib - FOTO
# 24 noyabr 2022 23:20 (UTC +04:00)

Bakının Nəsimi rayonunda iki avtomobil toqquşub, xəsarət alan var.

APA xəbər verir ki, qəza Hüseyn Seyidzadə küçəsində qeydə alınıb.

Belə ki, “AzSamand” markalı nəqliyyat vasitəsinin sürücüsü qəfil geriyə dönmək istəyib.

Bu zaman eyni istiqamətdə olan “Hyundai” markalı maşın həmin avtomobilə çırpılıb.

Qəza nəticəsində hər iki avtomobil defomasiyaya uğrayıb.

Hadisə zamanı bir nəfər xəsarət alıb.

Əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib, avtotexniki ekspertiza təyin edilib.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR