Bakıda mebel sexindən 6000 manatlıq oğurluq edilib

Bakıda mebel sexindən 6000 manatlıq oğurluq edilib
# 21 yanvar 2023 11:56 (UTC +04:00)

Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsindəki mebel sexlərinin birindən 6000 manat dəyərində təmir alətləri və elektrik naqilinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya verilən xəbərə görə, Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Goranboy rayon sakini Samir Əhmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR