Bakıda motosikletçi işıqforun qırmızı işığından keçərək qəza törədib - FOTO

Bakıda motosikletçi işıqforun qırmızı işığından keçərək qəza törədib - FOTO
# 25 noyabr 2022 07:20 (UTC +04:00)

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, qəza Mehdi Mehdizadə ilə Yusif Səfərov küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, motosikletin sürücüsü işıqforun qırmızı işığında keçən zaman “Nissan” markalı avtomobillə toqquşub.

Zərbənin gücündən motosikletçi yıxılaraq başından ağır xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR