Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
# 22 oktyabr 2019 12:29 (UTC +04:00)

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 21-də saat 18 radələrində Xətai rayonunun Zığ Yolu küçəsində Bakı şəhər sakini S.Mirzəyev idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən paytaxt sakini Aygün Babayevanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR