Bakıda piyadaya yol verən sürücü qəzaya uğrayıb - FOTO

Bakıda piyadaya yol verən sürücü qəzaya uğrayıb  - FOTO
# 13 noyabr 2022 02:58 (UTC +04:00)

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə 8 Noyabr prospektində baş verib.

“Mercedes” markalı minik maşınının sürücüsü Balagül Kərimov piyada zolağından keçən şəxsə yol vermək üçün dayanıb. Həmin vaxt eyni istiqamətdə hərəkətdə olan “Hyundai” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini dayanan “Mercedes”ə çırpıb. Qəza zamanı sərnişin xəsarət alıb.

Faktla bağlı yol patruk xidmətinin əməkdaşları əraziyə cəlb edilib və araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR