Bakıda qadını avtomobil vurub

Bakıda qadını avtomobil vurub
# 18 noyabr 2022 06:18 (UTC +04:00)

Bakının Suraxanı rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Qaraçuxur qəsəbəsində qeydə alınıb.

Yolun piyada üçün müəyyən edilməyən hissəsindən keçən 1983-cü il təvəllüdlü Qurbanova Günay Rafiq qızını minik avtomobili vurub. Yaralı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR