Bakıda qayın öz yeznəsini sinəsindən bıçaqlayıb

Bakıda qayın öz yeznəsini sinəsindən bıçaqlayıb
# 20 oktyabr 2019 06:34 (UTC +04:00)

Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində bıçaqlanma olub.

APA-nın məlumatına görə, Axundov küçəsində Bakı sakini 1988-ci il təvəllüdlü Mirzəyev Ramin Yusif oğlu bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Onun döş nahiyəsindən bıçaqlandığı məlum olub.

Məlum olub ki, hadisəni törədən zərərçəkmişin qaynı - 1992-ci il təvəllüdlü Quliyev Faiq Şahin oğludur. F.Quliyev Sabunçu RPİ-nin 15-ci Polis Bölməsi tərəfindən saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR