Bakıda sürücü piyadaya yol verərəkən qəza baş verib, xəsarət alan var - FOTO

Bakıda sürücü piyadaya yol verərəkən qəza baş verib, xəsarət alan var - FOTO
  • Clock-gray 01:23
  • calendar-gray 21 İyul 2019

Sabunçu rayonunda yol qəzası zamanı 1 nəfər xəsarət alıb

APA xəbər verir ki, hadisə rayonun Zabrat şossesində baş verib.

Belə ki, Samir Ağayev idarə etdiyi "Greatwall" markalı avtomobillə hərəkətdə olan zaman qəfil qarşısına piyadalar çııxıb. Sürücü məcbur olub qəfil əyləcdən istifadə edib.
Bu zaman arxadan yüksək sürətlə gələn "Mercedes" markalı avtomobili idarə edən Sərxan Ələsgərov dayanmış nəqliyyt vasitəsinə çırpılıb. Qəza nəticəsində "Mercedesdə" olan sərnişin Əsədov Sənan Təvəkkül oğlu xəsarət alaraq 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Xəstəxanadan həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti orta ağırdır.

Faktla bağlı əraziyə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Nurlan Əli

Digər xəbərlər

Arxiv

date