Bakıda sürücülər arasında dava düşüb, xəsarət alan var

Bakıda sürücülər arasında dava düşüb, xəsarət alan var
  • Clock-gray 19:15
  • calendar-gray 13 Noyabr 2019

Bakıda döyülmə hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Bakı sakini Vidadi Hüseynov yol üstündə tanımadığı sürücü ilə mübahisə edib. Mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Nəticədə V. Hüseynov tanımadığı sürücü tərəfindən döyülüb.

Yaralı müxtəlif bədən xəsarəti ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

Əcəmi Əsədulla

Digər xəbərlər

Arxiv

date