Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücü qəzaya səbəb olub, xəsarət alan var - FOTO

Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücü qəzaya səbəb olub, xəsarət alan var - FOTO
# 05 sentyabr 2022 05:02 (UTC +04:00)

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə metronun “20 Yanvar” stansiyasının yaxınlığında baş verib.

Belə ki, yol kənarında dayanan sərnişin taksi fəaliyyəti ilə məşğul olan sürücüyə məxsus “Toyota Prius” markalı avtomobili saxlamasını xahiş edib.

Eyni istiqamətdə hərəkətdə olan digər eyni markalı maşının sürücüsü dayanan avtomobilə çırpılıb.

Sonuncuda olan sürücü zərbənin təsirindən xəsarət alıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtoekspertiza təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR