Bakıda taksi piyadanı vuraraq öldürüb - FOTO - YENİLƏNİB

Bakıda taksi piyadanı vuraraq öldürüb - FOTO - YENİLƏNİB
  • Clock-gray 15:41
  • calendar-gray 18 Sentyabr 2019

Bu gün metronun “Koroğlu” stansiyası yaxınlığında avtomobillə vurulan piyadanın şəxsiyyəti müəyyənləşib.

APA-nın məlumatına görə, araşdırmalar nəticəsində ölən piyadanın 1964-cü il təvəllüdlü Rzabala İmaməddin oğlu Nizaməddinov olması məlum olub.

***

Saat 06:33

Bakının Nizami rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə metronun "Koroğlu" stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, təxminən 45-50 yaşlı kişi (hələlik şəxsiyyəti bilinmir) piyadalar üçün müəyyən edilməmiş hissədən yolu keçərkən onu taksi fəaliyyəti ilə məşğul olan sürücü 1979-cu il təvəllüdlü Mahmudov Seymur Eyyub oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.

Əraziyə Nizami Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Hadisəni törədən sürücü S.Mahmudov saxlanılıb.

Nurlan Əli

Digər xəbərlər

Arxiv

date