Bakıda üç avtomobil qəza törədib - FOTO

Bakıda üç avtomobil qəza törədib  - FOTO
# 25 yanvar 2023 19:23 (UTC +04:00)

Paytaxtda eyni istiqamətdə olan üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Yasamal rayonu Heydər Hüseynov küçəsində qeydə alınıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Qəzada “Mercedes”, “Hyundai” və “Toyota” markalı avtomobillərə ciddi ziyan dəyib.

Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları cəlb olunub.

Aydın İsmayılov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR