Bakıda üç nəfəri avtomobil vurub

Bakıda üç nəfəri avtomobil vurub
# 03 sentyabr 2022 04:45 (UTC +04:00)

Bakının üç rayonunda yol qəzaları qeydə alınıb.

APA xəbər verir ki, hadisələrin hər üçü də piyada üçün nəzərdə tutulmayan yolda baş verib.

Belə ki, Səbail rayonu, Neftçilər prospektində 1998-ci il təvəllüdlü Ağahüseyn Hüseyn Qılman oğlunu minik avtomobili vurub.

O, yolun piyad üçün müəyyən edilməyən hissəsindən keçib.

Digər hadisə Nəsimi rayonunda baş verib. Belə ki, Zabitlər Parkının yaxınlığında, yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçərkən bir nəfəri minik maşını vurub.

Analoji hadisə Qaradağ rayonu, Qobustan qəsəbəsində də qeydə alınıb.

1960-ci il təvəllüdlü Nəbiyeva Məhbuba Musaxan qızı yolu keçərkən onu maşın vurub.

Yaralılar xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR