Bakıda universitet müəlliminin velosipedi oğurlanıb

Bakıda universitet müəlliminin velosipedi oğurlanıb
# 14 oktyabr 2019 16:58 (UTC +04:00)

Bakıda universitet müəlliminin velosipedi oğurlanıb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu Z.Əhmədbəyov küçəsində qeydə alınıb. Moskva Dövlət Universitetinin Bakı filialının müəllimi, Rusiya vətəndaşı, 1965-ci il təvəllüdlü Yuriy Şirkova məxsus 800 manat dəyərində velosiped naməlum şəraitdə oğurlanıb. Hadisə ilə bağlı polisə məlumat verilib.

Hazırda hadisəni törədən şəxs və şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarışlar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR