Bakıda yaşayış binasında təhlükəli hal aradan qaldırılıb

Bakıda yaşayış binasında təhlükəli hal aradan qaldırılıb
# 11 may 2022 13:32 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsinin eyvanında 2 ədəd peyk antenasının asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

APA FHN-in saytına istinadən xəbər verir ki, sakinlərin və ərazidən keçən vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri qeyd olunan ünvana cəlb olunub. Xilasedicilər antenaları müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR