Bakıda yaşayış binasında yanğın olub, 10 nəfər təxliyə edilib

Bakıda yaşayış binasında yanğın olub, 10 nəfər təxliyə edilib
# 29 iyun 2022 15:20 (UTC +04:00)

Bakıda yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində ümumi sahəsi 120 m² olan mənzilin mətbəxində 1 ədəd elektrik sobası, 1 ədəd paltaryuyan maşın, 1 ədəd qaz sobası və mebel 1 p.m yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR