Gəncədə itkin düşən azyaşlı qız tapılıb.
Bu barədə APA-nın yerli bürosuna DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirilib. Onun sözlərinə görə, Gəncə ŞBPİ-nin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində azyaşlı tapılaraq ailəsinə təhvil verilib.
***
09.48
Gəncədə ticarət mərkəzində azyaşlı itkin düşüb.
APA xəbər verir ki, 1985-ci il təvəllüdlü, Gəncə şəhər sakini Günel Məsimova polisə müraciət edərək, qızı 2016-cı il təvəllüdlü Bayramlı Sevinc Samir qızının ticarət üçün getdikləri "Grand Qafqaz" ticarət mərkəzi ərazisində naməlum istiqamətə gedərək itkin düşdüyünü bildirib.
Faktla bağlı araşdırma aparılır.