Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub
# 28 yanvar 2022 16:43 (UTC +04:00)

Bakıda yaşayış binasında yanğın baş verib.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Bakı şəhərinin Xətai rayonunda dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 8 ədəd sayğac və kabel 2 p.m yanıb.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR