Bakıda yol qəzası zamanı bir nəfər xəsarət alıb - VİDEO

Bakıda yol qəzası zamanı bir nəfər xəsarət alıb - VİDEO
# 18 aprel 2022 00:52 (UTC +04:00)

Bakının Xətai rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Ayaz İsmayılov küçəsində qeydə alınıb.

Belə ki, adıçəkilən küçədə “AzSamand” markalı avtomobilin sürücüsü qəfil manevr edərək əks yola çıxıb.

Bu zaman “Mercedes” markalı avtomobil “AzSamand”-a çırpılıb.

Qəza nəticəsində “AzSamand” markalı nəqliyyat vasitəsində olan bir nəfər xəsarət alıb.

Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR