Bakıda yol qəzası zamanı iki nəfər xəsarət alıb

Bakıda yol qəzası zamanı iki nəfər xəsarət alıb
# 19 may 2023 22:30 (UTC +04:00)

Bakının Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi olub.

APA xəbər verir ki, idarəetməni itirən "Toyota Camry" markalı avtomobilin sürücüsü maşını işıq dirəyinə çırpıb.

İlkin məlumata görə, iki nəfər xəsarət alıb.

Avtomobilə və yol təsərrüfatına ziyan dəyib.

Əraziyə polis əməkdaşları cəlb edilib. Qəzaya uğramış avtomobil ərazidən kənarlaşdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Elşən Yəhyayev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR