Bakıda yük və minik avtomobilləri toqquşub, ölən və yaralananlar var

Bakıda yük və minik avtomobilləri toqquşub, ölən və yaralananlar var
# 19 noyabr 2022 13:35 (UTC +04:00)

Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli APA-ya bildirib ki, hadisə Yeni Ramana qəsəbəsində qeydə alınıb. Yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində minik avtomobilində olan 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

"Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Qəzanın təfərrüatları barədə əlavə məlumat veriləcək", deyə Araz Əsgərli əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR