Bakıda yük və minik avtomobilləri toqquşub, xəsarət alan var - FOTO

Bakıda yük və minik avtomobilləri toqquşub, xəsarət alan var  - FOTO
# 16 noyabr 2022 01:55 (UTC +04:00)

Bakının Sabunçu rayonunda minik və yük maşınları toqquşub.

APA xəbər verir ki, qəza Balaxanı qəsəbəsi ərazisində qeydə alınıb.

Sultan Məmmədyarovun idarə etdiyi “Chevrolet” markalı minik avtomobili Namiq Nəbiyevin idarə etdiyi “MAN” markalı yük avtomobili ilə toqquşub. Zərbənin gücündən minik avtomobilinin sürücüsü Sultan Məmmədyarov bədən xəsarətləri alıb. Xəsarət alan şəxs 3 saylı Şəhər xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, hadisə zamanı minik maşını deformasiyaya uğrayıb.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR