Bank Of Baku

Balakəndə 89 yaşlı kişi intihar edib

Balakəndə 89 yaşlı kişi intihar edib
# 25 aprel 2023 20:49 (UTC +04:00)

Balakəndə 89 yaşlı kişi özünə kəsici alətlə xəsarət yetirərək intihar edib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Qaysa kəndində baş verib.

Kənd sakini, 1934-cü il təvəllüdlü Abdulla Ramazan oğlu Çöpsiyev yaşadığı ünvanda özünə kəsici alətlə xəsarət yetirərək intihar edib.

A. Çöpsiyevin uzun illərdir ki, yataq xəstəsi olduğu bildirilir.

Faktla bağlı Balakən Rayon Prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR