Balakəndə qanunsuz ağac kəsən şəxs saxlanılıb

Balakəndə qanunsuz ağac kəsən şəxs saxlanılıb
# 25 yanvar 2023 09:34 (UTC +04:00)

Balakən rayonunun Talalar kəndi ərazisində ağcaqayın və akasiya ağaclarının qanunsuz olaraq kəsilməsi barədə polis şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində ağacları kəsməkdə şübhəli bilinən kənd sakini Osman Sonalov saxlanılıb.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR