Azərbaycanda tələbə qızlar zəhərlənib, ölən var - YENİLƏNİB-1 - ADLAR

Azərbaycanda tələbə qızlar zəhərlənib, ölən var - YENİLƏNİB-1 - ADLAR
  • Clock-gray 15:01
  • calendar-gray 21 Noyabr 2019

Zəhərlənən digər iki tələbənin kimliyi məlum olub. Onlar – 1998-ci il təvəllüdlü Həmidə İbadova və kitabxanaçılıq fakültəsinin 4-cü kurs tələbəsi Dürrubə Quliyevadır.

Onların vəziyyəti ağır qiymətləndirilir.

APA-nın Kliniki Tibbi Mərkəzdə olan əməkdaşının verdiyi məlumata görə, BDU-nun rektoru Elçin Babayev də xəstəxanaya gəlib.

***

Saat 14:48

Ölən tələbənin kimliyi məlum olub.

APA-nın əldə etdiyi məlumata görə, Bakı Dövlət Universitetinin  2 № li yataqxanasında zəhərlənərək ölən tələbənin 1999-cu il təvəllüdlü Şəkər Faiq qızı Hasmətova olması müəyyən edilib.

***

Saat 14:03

Bakı Dövlət Universitetinin  2№ li yataqxanasında zəhərlənmə hadisəsi olub.

Səhiyyə Nazirliyindən APA-nın sorğusuna verilən cavaba görə, hadisə barədə məlumat Təcili Tibbi Yardıma saat 12.35 də daxil olub. Həkimlər Mətbuat küç. 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar. Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə, huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə KTM-ə çatdırılıblar. 20-22 yaş arası olan qızların vəziyyəti kritikdir. Müalicələri davam edir.

Baş toksikoloq Azər Maqsudov APA-ya açıqlamasında deyib ki, hadisə ilə bağlı araşdırma aparılır: "Hələlik hadisənin baş vermə səbəbi məlum deyil". 

Əcəmi Əsədulla

Digər xəbərlər

Arxiv

date